Pandemiyada doğulan uşaqlar sağlamdır? - GİNEKOLOQ AÇIQLADI

“Ümumiyyətlə, pandemiya dövründə, yəni Covid-19 virusu zamanında, günümüzdə müraciət edən hamilələrdə, hamiləlik dövründə, hamiləlikdən əvvəl, süd verilmə dövründə koronavirus olan hamilələrimiz hədsiz çoxdur. Amma onu da keçirməyin fərqləri var ki, “kim necə keçirir?”. Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, adətən, yüngül keçirən xəstələrdə, yəni, temperaturu, güclü öskürəyi olmayan adamlarda, ağciyərlərində zədələnmə müşahidə olunmur: “Bu barədə, nə doğulan uşaqlarda, nə də hamilənin özündə heç bir fəsad görməmişik. Amma təbii ki, onu ağır, yüksək temperaturla, ağır simptomlarla keçirən xəstələrdə hansı ki, hamiləlikdə istifadəsi qadağandır, biz o dərmanları etmək məcburiyyətindəyik. Çünki xəstə ağır vəziyyətdədirsə, bunu vəziyyətdən çıxarmaq üçün artıq burada hamiləliyi düşünmürük, biz onun müalicəsini edib, ananı xilas etməliyik”.

Həkim sözlərinə görə, müalicəsini etməliyik ki, bu xəstəliyin də dərmanların təsirindən də təbii ki, dölə yan təsirləri olmamış deyildir: "Əlbəttə, yan təsirləri olur. Bu da yenə qadının və uşağın orqanizmindən asılı olaraq hər kəsdə fərqli şəkildə özünü büruzə verir. Yeni doğulan uşaqlarda suyunun bulanıq, infeksiyalaşmış olması, onun tənəffüsündə çətinlik çəkməsi, sanki bir yetişməmiş uşaq kimi olması və s. problemlərə rast gəlirik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə