Virusun 4-cü dalğası gəlir? HƏKİM AÇIQLADI

"Pandemiya dövründə koronavirusun bir neçə ştamı ilə rastlaşdıq. Hal-hazırda isə yayılma qabiliyyəti və daha çox ölüm riski yüksək olan bir variantla üz-üzə gəlmişik. Covid 19-un "Delta" variantı Hindistanda meydana gəldi və tez bir zamanda yayılaraq 100-dən çox ölkəni əhatə etdi. Hindistan variantında olan fərqli xüsusiyyətlər Hindistanın Qərbi Benqaye ştatında mütəxəssislər tərəfindən araşdırılmış və məlum olmuşdur ki, B1 167 mutagen kodu, B1 168 mutagen koduna keçmişdir və bunun görünən tərəfi ondan ibarətdir ki, niklogit zəncirində bütün amin turşular yerini dəyişmiş bu da həmin virusa fərqli xüsusiyyətlər vermişdir". Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Xatirə Əliyeva deyib.

Onun sözlərinə görə, bu dəyişmənin təhlükəli tərəfi ondan ibarətdir ki, virus vaksinlərə qarşı davamlıdır: "Virusun məhz Hindistanda yayılmasının səbəbi ondan ibarətdir ki, insanlar burada çoxluq təşkil edir, yəni əhali sayı çoxdur. Həmçinin, buradakı insanların qidalanması və immuniteti də zəifdir. Xəstəliyin dalğavari gedişi onun haqqında proqnoz verilməsini çətinləşdirir".

Həkim sözlərinə belə davam edib: "Bu variantın təhlükəliliyi bir də ondan ibarətdir ki, immun sistemi zəif olan insanlar daha ağır keçirir. Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, antiperal preparatlar üzərində klinik çalışmalar pandemiyanın qarşısını alacaq ən gözəl tədbirlərdən biridir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...