Doğuş fobiyası: Əsla doğuş videosuna baxmayın! GİNEKOLOQ AÇIQLADI

“Doğuş fobiyası və doğuş qorxusu olanlar üçün hamiləlik müddəti tam bir əziyyətdir. Hətta, buna hamiləlik fobiyası da əlavə olunur. Qeysəriyyə və normal doğuş qorxusu qadınların bu gözəl zamanlarını adətən kabusa çevirir”. Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, hamiləlik bir qadının hayatında bir ya da bir neçə dəfə yaşaya biləcəyi son dərəcə gözəl bir zamandır: “Bu zaman mümkün olduğu qədər keyf alaraq yaşamaq yerinə bəzi qorxular səbəbi ilə kabusa çevirə bilərsiniz. Əslinda yaşanan qorxular bir çox qadının yaşadığı ortaq problemlərdir. Xüsusən ilk körpəsini dünyaya gətirən ana ya da ilk doğuşunda pis təcrübələr yaşamış analar bu halı çox tez-tez yaşıyırlar”.

Həkim sözlərinə belə davam edib: “Burada sizə hər kəsin söylədiyi klassik şeyləri söyləmək yerinə daha doğru şeyləri söyləməyə çalışacağıq. Əvvəla doğuş asan bir müddət deyil. Heç vaxt "mən çox asan doğdum anlamadım belə" deyən yox deyiləcək qədər azdır. Ancaq çox çətin olduğunu düşünərək də özünüzü stresə salmayın. Doğuşun asanlığı və çətinliyi əslində sizi deyil həkiminizi maraqlandıran bir haldır. Burada əsas məsuliyyət həkiminizdədir. O körpənizi oradan sizə və körpənizə heç bir şey olmayacaq şəkildə çıxaracaqdır”.

“Doğuş çox normal bir müddətdir’’- bunu həmişə düşünərək özünüzə təlqin edin. Əvvəllər qadınlar evdə özləri doğurmuşlar. Hər gün minlərlə qadın doğur və heç birinə demək olar ki, bir şey olmur. Çünki tibb çox irəli gedib və qadın doğuş həkimləri hər gün bir çox qadın doğuzdururlar. Bu doğuşlar son dərəcə steril və tam təchizatlı doğum evlərində olur.

“Başqalarının doğuş hekayələrini dinlərkən özünüzə götürməyin. Hər qadının ağrı hissi fərqlidir. Hansısa qadın doğuş sancısı çəkərkən özünü fəda edərkən, hansısa qadın bu müddəti çox səbirli bir şəkildə keçirir. Hər qadının doğuş hekayəsi özü və ağrıya dözümü ilə əlaqədardır. Pis doğuş hekayələrini əsla dinləməyin və beyninizə də salmayın. Artıq pis doğuş hekayələri çox azaldı. Sizcə doğuş deyilən müddət bu qədər pis olsaydı qadınlar 2, hətta 3 uşaq doğardılar? Özünüzü təlqin edin və əsla neqativ düşünməyin”.

Əsla doğuş videosuna baxmayın!

“Doğuş videoları və doğuşda olanlar sizi maraqlandıran bir müddət deyil həkiminizi maraqlandıran bir müddətdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...