Adi qrip, yoxsa Delta? DİQQƏT! HƏKİM İZAH ETDİ

“Ümumiyyətlə, viruslar mutasiya yolu ilə daim dəyişirlər. Virusun mutasiyaya uğraması həmişə gözlənilir. 2019 - cu ilin dekabr ayından ölkəmizdə yayılmış "Covid-19"un biz alfa, betta, qamma variantları ilə rastlaşdıq. Delta variantı isə 2020-ci ilin dekabr ayında Hindistanda müşahidə olundu və yayılmağa başladı”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Xatirə Əliyeva deyib.

Onun sözlərinə görə, virusun Delta variantında yoluxudrma funksiyası daha çoxdur: “Yəni sürətlə yayılır. İkincisi, ağciyərləri daha çox zədələyir. Üçüncüsu, dərmanlara qarşı rizisdentliyi vardır. Yəni, "Covid-19"-da etdiyimiz dərmanlar bu variantda təsir etmir və ya az təsir edir.

“Covid 19"-un Delta variantında rast gəlinən simptomlar bunlardır: baş ağrısı, boğaz ağrısı, burun axıntısının olması, temperaturun yüksəlməsi və davamlı öskürəyin olması”. Qeyd etmək lazımdır ki, bu variant daha çox qripi xatırladır və ona görə də insanları daha çox çaşdırır. Bu əlamətlərdən hər hansı biri olarsa, mütləq həkimə müraciət etmək lazımdır. Delta variantının "Covid-19"-dan bir qədər fərqli cəhəti ondan ibarətdir ki, bunlarda qoxu, dad hissiyyatının itməsi olmur”.

Həkim sözlərinə belə davam edib: “Vaksin vurulmuş insanlarda da bir qədər özünü başqa cür büruzə verir. Yəni, əgər bir doza peyvənd almış insandırsa, onda asqırma və iki doza peyvənd alıbsa, həmin insanlarda qoxu, dad hissiyyatının itməsi də müşahidə olunur. Lakin peyvənd vurulan insanlar heç vaxt arxayın olmamalıdır ki, yəni bu xəstəliyə peyvənd vurulubsa tutulmaya bilər. Belə deyək, Delta variantında biotik peyvəndi almış insanlarda peyvəndi qoruyuculuq 100-də 90, lakin Çin istehsalı olan “Cinovak” peyvəndində isə nisbətən 2-3 qab azalmış olur qoruyuculuq olur. Lakin müşahidələr aparılır və məlum olub ki, 3-cü dozanı vurduqdan sonra “Sinovak”da nisbətən qoruyuculuq artır. 3-cü doza Sinovak peyvəndi vurulmuş şəxslərdə xəstəliyə qarşı qoruyuculuq nisbətən artmış olur.

Sadaladığımız bu simptomlardan hər hansı biri insanlarda müşahidə olunursa, mütləq özünü, yaxınlarını izolyasiya etməli, dərhal həkimə müraciət etməli və pesiar testi verərək xəstəliyini dəqiqləşdirməlidir. Qeyd edim ki, peyvənd olunmuş şəxslərdə xəstəlik nisbətən yüngül keçir və ölüm faizi aşağı olur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə