İlk meymun çiçəyi virusu 2003-cü ildən bəri ilk dəfə ABŞ-da rast gəlinib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri bunun monkeypox virusu olduğunu təsdiqləyib. Həmin xəstənin Dallas xəstəxanalarının birində müalicəsini davam etdirdiyi bildirilib. Xəstənin 8 iyulda Lagosdan Atalantaya və 9 iyulda isə Atalanadan Dallasa uçduğu zaman sərnişinlər və yerli səhiyyə işçiləri ilə əlaqə qurduğu söylənilir.

Bu günə qədər heç bir yeni hadisə aşkarlanmasa da 27 əyalətdə 200-dən çox insanın virusa yoluxma ehtimalı var. Yoluxmalardan birinin ölümlə nəticələndiyi bildirilir.

Qeyd edək ki, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin verdiyi açıqlamada bildirilib ki, sərnişinlərin Covid-19 pandemiyası səbəbiylə təyyarədə maskadan istifadə etdikləri, bu halda xəstəliyin təyyarədə yayılma ehtimalının aşağı olduğu qeyd edilir. Xatırladaq ki, yoluxmuş 200-dən çox insanın heç biri "yüksək risk" qrupuna aid deyil.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...