Yarasadan yaranan yeni Covid-19 mutasiyası

Covid-19-a səbəb olan SARS-CoV-2 ilə əlaqəli yeni bir koronavirus növü yarasalarda aşkarlanıb. SİA xəbər verir ki, İngiltərədəki yeni bir araşdırmada məlum olub.

“Scientific Reports” jurnalında yayımlanan araşdırmada nümunələrdən birində genom sıralama texnologiyası ilə “RhGB01” adlı yeni bir koronavirusunun aşkar edilib.

NTV-nin xəbərinə görə, SARS xəstəliyi ilə əlaqəli “sarbecovirus” tipli bir virus İngiltərədə ilk dəfə görülüb.

Sarbecovirus nədir?

"Sarbecovirus" adlanan koronavirus alt qrupunun həm SARS-CoV-2, həm də 2003-cü ildə qeydə alınan SARS-CoV ilə əlaqəli olduğu deyilir.

London Zooloji Cəmiyyətindən olan professor Andrew Cunningham qeyd edib ki, İngiltərədəki virus insanlar üçün heç bir təhlükə yaratmır: “ Çünki reseptorların bağlandığı yer, virusun mənbə hüceyrələrinə birləşdiyi və infeksiyaya səbəb olduğu hissəsidir. İnsan hüceyrələrini yoluxdurmaq qabiliyyətində deyil”.

Bununla birlikdə, elm adamları, virusun mutasiya etdiyi zaman bu vəziyyətin dəyişə biləcəyini əlavə edib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...