NİİM ötən gün baş verən qəzanın görüntülərini yayıb - VİDEO

Gecə saatlarında paytaxtın Xətai rayonu, Xocalı prospekti ilə Fəzail Bayramov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən üzərində piyada və velosiped bölməsinin də olduğu nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə