Gecə saatlarında paytaxtın Xətai rayonu, Xocalı prospekti ilə Fəzail Bayramov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən üzərində piyada və velosiped bölməsinin də olduğu nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb.