Dövlət Ehtiyatları Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 155 manatdır.
İddiaçılar təkliflərini iyulun 10-na qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 152 ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyulun 10-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu tenderin qalibi "Nexia EA" QSC olub. Şirkətə 41,3 min manat ödənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə