...Serbiya Müsəlmanları Ruhani İdarəsinin Vəqf İşləri Departamentinin direktoru Yakub Lekoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Tatarıstana səfəri zamanı respublika müftiliyinin son nailiyyətləri ilə tanış olub.
SİA xəbər verir ki, görüş Tatarıstan Müsəlmanları Ruhani İdarəsinin Kazandakı iqamətgahında keçirilib.
Serbiya tərəfindən də müfti Məhəmməd Zilkiç, Sandjak bölgəsinin Novi Pazar şəhərindəki Sinan Beqov Mədrəsəsinin direktoru Kemal Həsənoviç və Sandjak bölgəsinin müfti müavini Sabit Şeçoviç iştirak ediblər.
Tatarıstan müftisi Kamil Samiqullin qonaqları Tatarıstan Respublikası Müsəlmanları Ruhani İdarəsinin Quranşünaslıq, nəşriyyat, təhsil və milli teoloji irsin öyrənilməsi sahələrindəki son nailiyyətləri və layihələri ilə tanış edib.
Tərəflər əməkdaşlığın gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Yeri gəlmişkən, oktyabrın sonlarında Suriya özünü elan etmiş respublikanın rəhbərliyi ilə Ər-Riyadda keçirilən görüşdən sonra Kosovonu müstəqil suveren dövlət kimi tanıyıb.
Serbiyanın cənubunda yerləşən Kosovo 2008-ci ildə Belqraddan müstəqilliyini elan etdi. O vaxtdan bəri onun suverenliyi dünya ölkələrinin təxminən yarısı tərəfindən tanınıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB