Misirin Turizm və Qədim Əsərlər Nazirliyi əvvəllər Almaniya və Böyük Britaniyaya aparılmış 13 tarixi xəzinənin geri qaytarıldığını açıqlayıb.
SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Xüsusilə, Böyük Britaniyadan Yeni Krallığın (e.ə. 1550-1069) əhəng daşından hazırlanmış dəfn stelesi, fayans qabı, tunc tac parçası, muncuqdan hazırlanmış dəfn maskası və bir neçə dəfn amuletləri geri qaytarılıb.
Almaniya Federativ Respublikasından naməlum mumiyadan kəllə və əl, eləcə də Qədim Misirdə həyatı simvolizə edən ankh formasındakı amulet repatriasiya edilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə