Rusiyada may ayında yeni minik avtomobillərinin idxalı 74,2 faiz azalıb...

...May ayında Rusiyaya 17,8 min yeni minik avtomobili gətirilib ki, bu da ötən ilin may ayı ilə müqayisədə 74,2 faiz azdır.

SİA-nın məlumatına görə, “Avtostat” analitik agentliyinin rəhbəri Sergey Tselikov Telegram-da bildirib ki, eyni zamanda, ümumi idxal həcminin 41 faizi alternativ kanallar vasitəsilə həyata keçirilib.

Onun sözlərinə görə, idxalın azalması iki səbəblə bağlıdır. Birincisi, yerli zavodlarda Çin avtomobillərinin istehsalı artır. İkincisi, distribyutor və dilerlərin anbarlarında çoxlu sayda avtomobil toplanıb və tələbat aşağı olaraq qalır.

Rəsmi tədarüklərdə liderlər arasında Changan (38 faiz), Haval (11 faiz) və GAC (8 faiz) olub.

Ən çox yayılmış paralel idxallar Toyota (15 faiz), BMW (9 faiz), Geely (9 faiz) və Lixiang (8 faiz) olub.

Mayın 15-dən etibarən Rusiyadakı Li Auto distribyutoru avtomobillərin alternativ kanallar vasitəsilə çatdırılmasının dayandırıldığını elan edib.

Rusiyaya avtomobil idxalının 70%-dən çoxu Çindən gəlir. İdxalın həcminə görə ikinci yerdə Qırğızıstan (9 faiz), üçüncü yerdə Cənubi Koreya (7 faiz), dördüncü yerdə isə Belarus (5 faiz) qərarlaşıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə