Fransanın Redanj komunasının meri sərhəd komunalarda fransız şagirdlərin kütləvi şəkildə Lüksemburq məktəblərinə getdiyini bildirib. SİA xəbər verir ki, mer Lüksemburq təhsil sisteminə aludə olan fransız valideynlərin övladlarının qeydiyyatdan keçmək qaydalarını pozduğunu vurğulayıb.
Redanj komunasının meri ibtidai məktəbdə müəllim vəzifəsi ilə bağlı həyəcan təbili çalaraq bildirib ki, bu fenomen Mozel komunasında, eləcə də bütün sərhəd komunalarında müşahidə olunur.
Valideynlər bu qərarlarını Lüksemburqda təhsilin, xüsusilə də xarici dil öyrənmənin daha effektiv olması ilə əsaslandırırlar. Onların fikrincə, Lüksemburqda məktəbdən kənar fəaliyyətlər təklif olunur.
“Bir sözlə, valideynlər hesab edirlər ki, Fransa məktəb sistemi kifayət qədər yaxşı fəaliyyət göstərmir”, - deyə mer bildirib.
Onun sözlərinə görə, Lüksemburqda uşaqlar “beynəlxalq” adlanan məktəblərdə təhsil alırlar, bu da müəyyən prestijdir:
“Növbəti təhsil ili üçün fransız məktəbində müəllim vəzifəsi təhlükə altındadır, çünki siniflərdə şagirdlərin sayı kifayət qədər deyil”.
Eyni vəziyyətin Almaniya ilə sərhəddə olan komunalarda da müşahidə edildiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə