London polisi bunun terror aktı olduğunu istisna etməyib...

...Londonda Britaniya parlamentinin binasının yanında yerləşən Vestminster körpüsü bıçaqlı hücumdan sonra polis tərəfindən bloklanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Britaniyanın Daily Mail qəzeti yazır.

...Parlament binasından bir neçə metr aralıda dəhşətə gələn turistlərin qarşısında bir adama bıçaqla hücum edildikdən sonra polis Westminster körpüsünü möhürləyib.

Nəşr belə yazır.

Bu səhər polisə Vestminster körpüsündə dava olduğu barədə məlumat da daxil olub. Orada bıçaq xəsarəti olan kişi aşkarlanıb. Zərərçəkmiş xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır. Üç nəfər adam öldürməyə cəhddə, dördüncüsü döyüşdə iştirakına görə şübhəli bilinərək saxlanılıb.

London polisinin nümayəndələri hadisənin “təcrid olunmuş insident” olduğunu bildirib və terror aktı ehtimalını istisna ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə