…Koh Phanqan adasında çılpaq gəzən polşalı turistlərlə bağlı qalmaqaldan sonra Tailand nudizmlə məşğul olan xarici turistlər üçün qaydaları sərtləşdirib. Onları təkcə cərimə deyil, həm də vizanın ləğvi gözləyir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Taylandda nudist turistlər üçün ov başlayıb.
Polis çılpaq günəş vannası qəbul edənləri müəyyən etmək üçün yerli çimərliklərdə müntəzəm reydlər keçirir.
Polşalı turistlərlə bağlı qalmaqaldan sonra turistlərin xarici görünüşünə dair tələblər sərtləşdirilib. Cütlük çılpaq soyunub Koh Phanqanın yollarında və çimərliklərində gəzintiyə çıxmaq qərarına gəliblər.
Turprom-un Phuket Express nəşrinə istinadən verdiyi məlumata görə, onlar əvvəlcə yoldan keçənlərin və nəqliyyat vasitələrinin qarşısında çılpaq gəzib, sonra isə paltarsız günəş vannası qəbul etmək üçün Ban Kay çimərliyinə gediblər. Nəticədə cütlük həbs edilib.
…Bura Avropa deyil. Burada ictimai çılpaqlığa görə nəinki böyük cərimə, həm də vizanızı itirə bilərsiniz, - polis zabiti bildirib.
İndi çimərliklərdə nəinki reydlər aparılır, həmçinin bildirişləri olan parlaq lövhələr də quraşdırılıb. Eyni zamanda məlumatlandırma kampaniyasına start verilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə