Türkiyədəki zəlzələ turizmə necə TƏSİR EDƏCƏK? - EKSPERT AÇIQLADI
“Ümumiyyətlə, Türkiyədə zəlzələnin baş verdiyi tarixlərdə böyük bir kütlədə istər şəxsi, istərsə də turist səfərlərində müəyyən ləngimələr baş verdi. Hətta bunu bilet dəyişiklərində də ciddi şəkildə hiss etdik”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Tərlan Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycandan Türkiyəyə, xüsusilə də zəlzələ baş vermiş bölgələrə olan uçuşları Türk Hava Yolları və Azərbaycan Hava Yolları ödənişsiz şəkildə ləğv etmə və ya tarix dəyişmə imkanı yaratdı: “Hal-hazırda qış olmasına baxmayaraq Türkiyənin İstanbul şəhərində turist sayı kifayət qədərdir. Təbii ki, bu bir zaman anlayışına istinad edəcək. Çünki bildiyiniz kimi, seysmoloqlar zəlzələnin Türkiyənin başqa bölgələrində, hətta İstanbulda da baş verəcəyini proqnoz edirlər. Amma bunu zaman göstərəcək.
Ümid edirik ki, belə bir şey baş verməz. Türkiyəni seçənlərin Azərbaycana yönəlməsi məsələsinə gəldikdə isə düşünürəm ki, bu baxımdan ciddi şəkildə dəyişiklik olmayacaq. Çünki zəlzələ Türkiyənin Anadolu tərəfində baş verib və adətən turistlər həmin bölgələrə üz tutmur. Turistlər Türkiyənin dəniz olan ərazilərinə və İstanbula daha çox axın edirlər. Həmin bölgələrdə də hazırda hər hansı bir təhlükə yoxdur. Ona görə də hesab etmirəm ki, bu turist sayına ciddi təsir göstərsin və Azərbaycana gələn turistlərin sayında artım yaratsın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB