\"Verder\" 4 dəqiqəyə qələbəni bayram edib

\"Verder\" 4 dəqiqəyə qələbəni bayram edib

Almaniya Bundesliqasında bir sıra maraqlı futbol qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, Bundesliqanın 25-ci turunda "Verder Bremen" rəqib meydanında "Freiburg"u 3-1 hesabı ilə məğlub edib. "Badenova" stadionunda keçirilən qarşılaşmada qonaqlar artıq oyunun 12-ci dəqiqəsində Sandro Vagner qolu ilə irəli çıxıblar. Ev sahibi komanda bu qola qarşılaşmanın 49-cu dəqiqəsində Papiss Sissenin penaltidən vurduğu qolla cavab veriblər. Amma qonaq komanda qarşılaşmanın 86-cı və 90-cı dəqiqələrində Klaudio Pizarro və Marko Marinin qolları ilə hesabda irəli çıxıb və nəticədə "Verder Bremen" 3:1 hesablı qələbə ilə qazanıb. Bundesliqada keçirilən digər qarşılaşmaları diqqətinizə çatdırırq:

Borussiya (Dortmund) - Köln 1:0
Qol: Levandovski, 44

Ayntraxt - Kayzerslautern 0:0

Hannover - Bavariya 3:1
Qollar: Abdellau, 16, Rauş, 51, Pintu, 62 - Robben, 55

Borussiya (Münhenqladbax) - Hoffenhaym 2:0
Qollar: Dams, 66 (pen), Kamarqo, 70

Nürnberq - Sankt Pauli 5:0
Qollar: Volşeyd, 3, Ayqler, 14; 17; 86; 87

Ştuttqart - Şalke 1:0
Qol: Kuzmanoviç, 15 (pen)

Bayer - Volfsburq 3:0
Qollar: Bender, 21, Aqusto, 29, Kisslinq, 46

Frayburq - Verder 1:3
Qollar: Sisse, 49 (pen) - Vaqner, 12, Pisarro, 76, Marin, 90+2

Hamburq - Maynts 2:4
Qollar: Yansen, 18, Petriç, 59 - Aoqo, 56 (avtoqol), Şurrle, 82, Kaçar, 61 (avtoqol), Heller, 88

Bütün xəbərlər Facebook səhifəmizdə