"Sabah" basketbol klubu Fransa millisinin oyunçusu ilə anlaşıb. Bu barədə SİA-ya paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Jan-Mark Pansa ilə 2 illik müqavilə imzalanıb.
O, daha əvvəl Fransada “Olympique Antibes”, “Pole France”, “JSF Nanterre” və “Nanterre” komandalarında da çıxış edib.
Karyerası ərzində bir sıra mükafatlara layiq görülən Jan-Mark Pansa 2024-cü ildə Fransanın ProB liqasında final seriyasında çıxış edib. Həmin il Eurobasket.com tərəfindən Fransanın ProB liqasında “ilin ən yaxşı yerli oyunçusu” seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə