“Neftçi” Özbəkistan millisinin futbolçusunu transfer etmək istəyir

“Neftçi” Özbəkistan millisinin futbolçusunu transfer etmək istəyir

“Neftçi” komandası Özbəkistan millisinin futbolçusu Cəsurbek Yaxşıboyevi heyətinə qatmaq istəyir. SİA xəbər verir ki, 27 yaşlı hücumçu “ağ-qaralar”ın transfer siyahısında yer alır.

Hazırda Qazaxıstanın "Ordabası" klubunda çıxış edən oyunçunun Bakı təmsilçisinə keçidinin qış fasiləsində rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, C.Yaxşıboyev Özbəkistan yığmasının heyətində 10 oyunda 2 qolla yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə