"Son dövrlərdə telefon, smartfon, kompüter, planşet və PlayStation kimi rəqəmsal cihazlardan həddindən artıq istifadə də asılılıq növləri sırasında yer almağa başlayıb. Əvvəllər asılılıq dedikdə daha çox narkotik, alkoqol və ya qumar asılılığı nəzərdə tutulurdusa, bu gün texnologiya asılılığı da ciddi problem kimi qəbul edilir".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
_(1).jpg)
Onun sözlərinə görə, insanın bu asılılığının olub-olmadığını müəyyən etməyin ən sadə yollarından biri onun telefondan və internetdən uzaq qalmağa nə qədər dözə bilməsidir: "Əgər insan bir neçə saat telefonsuz rahat qala bilir, sosial şəbəkələrdə və ya müxtəlif platformalarda baş verən hadisələr onu narahat etmirsə, bu zaman asılılıqdan danışmaq çətin olur. Lakin telefon əlindən düşmədikdə, daim bildirişləri yoxlamaq, sosial şəbəkələr arasında keçid etmək və ya səbəbsiz şəkildə internetdə vaxt keçirmək ehtiyacı yaranırsa, bu artıq problemin əlaməti hesab oluna bilər.
Adətən asılılıq birdən-birə yaranmır. İlk mərhələdə aludəçilik formalaşır. İnsan telefonun daim yanında olmasına öyrəşir, onu əlindən yerə qoymaq istəmir və getdikcə bu davranış vərdişə çevrilir. Daha sonra isə bu vərdiş asılılıq formasını alır. Nəticədə gecə saatlarına qədər telefon istifadə olunur, istənilən boş anda insan avtomatik olaraq telefona üz tutur, sosial şəbəkələrə baxır, xəbərləri izləyir və ya müxtəlif tətbiqlər arasında vaxt keçirir.
Bu vəziyyət zamanla yuxu pozuntularına, stressə, əsəb gərginliyinə, diqqət dağınıqlığına və psixoloji yorğunluğa səbəb ola bilər. Smartfondan müəyyən müddət uzaq qalmağa çalışdıqda isə ilk günlərdə əsəbilik, narahatlıq və gərginlik hiss oluna bilər. Bu, digər asılılıqlarda müşahidə olunan uyğunlaşma mərhələsinə bənzəyir. Lakin zaman keçdikcə insan daha sakit olur, diqqətini başqa fəaliyyətlərə yönəldir və rəqəmsal asılılığın təsirlərindən tədricən uzaqlaşır.
Bu səbəbdən hər bir insan öz istifadəsinə müəyyən məhdudiyyətlər qoymağı öyrənməlidir. Əgər bunu təkbaşına etmək çətindirsə, ailə üzvlərinin və yaxın insanların dəstəyi bu prosesdə mühüm rol oynaya bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB