Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2024-cü il dekabr ayının 4-də Balakən Rayon Polis Şöbəsinin inzibati binasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.12.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Məlumata görə, qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə