Britaniyalı Viktoriya və Devid Bekhem cütlüyünün böyük oğlu Bruklin və amerikalı aktrisa Nikola Peltz aprelin 9-da evlənəcəklər. SİA xarici mətbuata istinadən xəbər verir ki, toy gəlinin milyarder atası Nelson Peltsin Floridadakı malikanəsində keçiriləcək.
Model Giqi Hadid və Nikol Riçi kimi məşhurların da iştirak etdiyi toy Bruklin xaç atası Elton Conun qastrol səfərinə təsadüf edib. Conun iştirak edib-etməyəcəyi bəlli deyil. Digər tərəfdən gəlinlik Romada hazırlanır. Viktoria Bekam gəlinin nişan paltarını 2020-ci ildə dizayn edib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB