Müğənni Oğuzhan Koç aktrisa sevgilisi Demet Özdemirlə birlikdə Bodrumda verdiyi konsertdən sonra qaldıqları otelin körpüsündə görüntülənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir müddət ayrıldığı bildirilən cütlük iddialara da son qoyub.

Müğənninin Yalıkavakdakı konsertindən sonra Bodrumdan ayrılmayan cütlük dənizin dadını çıxarıb.

Uzun müddət suda söhbət edən və çox yaxşı əhval -ruhiyyədə olan sevgililər dəniz zövqündən sonra bütün gün şezlonglarda günəşlənməyi seçiblər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə