"Eşkiya Dünyaya Hükümdar olmaz" serialının "Hayriye anası" Sabina Toziya bir müddət əvvəl beynindəki şiş səbəbindən əməliyyat olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, 75 yaşlı aktrisa bir gün əvvəl dünyasını dəyişib.

Serialda Səbinə Toziyanın oğlunu canlandıran Oktay Kaynarca "Ağrımı təsvir edə bilməyim mümkün deyil", deyib.

Gəlin obrazını canlandıran Deniz Çakır “Bu nə dərddir. Ürəyim, ruhum, əlim, qolum getdi, işim bitdi", deyib. Hisslərini "Canım Sabinam" sözləri ilə ifadə edib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə