Məşhur aktrisa sevgilisini sildi - FOTOLAR

Son dövrün məşhur aktrisalarından biri olan Ezgi Eyüboğlu, təxminən iki ildir aşiq olduğu sevgilisi Oğulcan Engini sosial şəbəkədə izləmədən çıxarıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, birlikdə şəkillərini profilindən silən Eyüboğlu, ayrılıq söz-söhbətlərinə şərait yaradıb.

Aktrisa, Sinan Enginlə evliliyindən dünyaya gələn müğənni Seda Sayanın oğlu Oğulcan Enginlə təxminən iki ildir sevgilidir. Tezliklə nikah masasına oturacağı gözlənilən cütlüklə bağlı gözlənilməz hadisə yaşanıb.

33 yaşlı Eyüboğlu sevgilisi ilə çəkdirdiyi şəkilləri “İnstaqram” hesabından silib. Sosial mediada Oğulcan Engini də izləməyən oyunçunun bu hərəkəti "Sevgi bitdi?" sualını ağla gətirib. Tərəflər məsələ ilə bağlı hələ bir açıqlama verməyiblər.

Ezgi Eyüboğlu son aylarda sevgilisinin atası Sinan Engini sosial mediada izləməyə başlamışdı. Bu hadisə sosial mediada "Ezgi ailəyə girdi" kimi şərh olunurdu.

Məşhur, jurnalistlərin "Hörmətli Oğulcan ilə çox yaxşı bir münasibətiniz var. Bu əlaqəni evliliklə taclandıracağınızı düşündünüzmü?" sualına “Bu anda belə bir planımız yoxdur. Çox xoşbəxtik" cavabını vermişdi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə