Burak Özçivit üçün poz verdi - FOTOLAR

Gərgin mövsümdən sonra tətilə çıxan aktyor Burak Özçivit və həyat yoldaşı aktrisa Fahriye Evcen hazırda yay mövsümünü Bodrumda keçirirlər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bodrumda əri ilə tətildə olan Fahriye Evcen, gəmidəki pozaları ilə diqqət çəkib.

Aktrisa tətildən tez-tez fotolar paylaşır. Evcen nəhayət qayıqda həyat yoldaşı Burak Özçivit üçün poz verib.

Fahriye Evcenin qara libaslı və dərin yarıqlı pozası izləyiciləri tərəfindən bir neçə dəqiqə ərzində minlərlə şərh alıb. Evcen və Burak Özçivit cütlüyü gəmi turunda mətbuat mənsubları tərəfindən görüntülənib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə