Məşhur musiqiçi dünyasını dəyişdi - FOTO

Avstraliyanın "The Metronomes" qrupunun başçısı Endryu Pikulo 18 illik ağır xəstəlikdən sonra vəfat edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, uzun illər xəstə olan avstraliyalı musiqiçi Endryu Pikulo dünyasını dəyişib.

“The Metronomes”, “Sacred Cowboys”, Deyv Qreni və “The Coral Snakes” kimi qrupların basçısı olan musiqiçinin təxminən 18 ildir ki, ağır xəstəlikdən əziyyət çəkdiyi öyrənilib. Kədərli xəbəri "The Metronomes"in "Facebook" səhifəsində qrupun üzvü Alister Vebb bildirib.

"İstedadlı mas-gitarist, musiqiçi və gözəl müğənni Endryu Pikulonun uzun sürən xəstəlikdən sonra vəfat etdiyini dərin hüznlə elan edirik"-deyə o, internet səhifəsində yazıb.

Vebb yazıb: "Biz 40 il ərzində birlikdə musiqi yaratdıq. Xoş xatirələrimiz var. Yenidən bir araya gəlib yeni bir şey yarada bilmədiyimizə inanmaq çətindir. Sanki bu, əbədi olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə