“Avroviziya 2024” seçimlərinin finalçıları məlum olub. SİA xəbər verir ki, münsiflərin səsverməsinə əsasən Aisel, Qorqud, Fahree, Mila Miles, İlkin Dövlətov və Etibar Əsədli triosu, Səbinə Quluzadə və Emy Lia final uğrunda mübarizə aparacaq.
İctimai TV tərəfindən hazırlanmış qısa video-müsahibədə Azərbaycanı İsveçdə, "Avroviziya 2024" səhnəsində təmsil etməyə namizəd olan ifaçılar 7 suala cavab verərək, özlərini izləyicilərə daha yaxından tanıdıblar.
Finalçılar musiqi zövqləri, builki Avroviziya mahnıları, səhnə xəyalları barədə ərtaflı məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə