Türk müğənninin konsertində evlilik təklifi edilib - FOTO

Türk müğənni Funda Arar Bodrumda konsert verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qastrol səfəri ilə Türkiyəni gəzən müğənni deyib: "Karyerama başlayandan bəri hər tərzdə mahnı oxumuşam. Öz albomlarım, qonaq olduğum albomlar oldu, hər cür mahnılar oxudum və hələ də oxuyuram".

İki saatlıq konsert ərzində sənətçi evlilik təklifinin də şahidi olub.

“Toyunuzu da gələn il burada keçirərik” deyən Arar cütlük üçün “Mevsim bahar olunca” mahnısını ifa edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə