Nadir Qafarzadə tənqidə məruz qalıb

Bir neçə gündür ki, müğənni Nadir Qafarzadə istər sosial şəbəkələrdə, istərsə də mediada tənqidlərə məruz qalır. SİA xəbər verir ki, onu həm istifadəçilər, həm də Rasim Balayev, Şeyx Əbdül Mahmudov kimi Xalq artistləri qınayır. Qınağın səbəbi isə müğənninin Türkiyədəki dəhşətli zəlzələdən sonra özünə ad günü etməsidir. Bu müzakirələrə görə qəzəbli olan müğənni onu qınayanlara, “Əcəb etmişəm, yas qurtarıb. Mən də fevralın 15-i ad günü etmişəm. Cəhənnəmə tənqid etsinlər. Bezdim artıq" şəklində cavab verib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə