Qiymətlərin artmasına səbəb olan vəziyyət məhz budur. Bir millət vəkili olaraq parlamentin rolu ondan ibarətdir ki, biz mənzil tikintisini daha sürətli və daha asan edən tənzimləyici mühiti formalaşdırmalıyıq. Müzakirə etməli olduğumuz əsas məsələ də budur: bu cür mexanizmləri necə yarada bilərik?
SİA xəbər verir ki, bu sözləri Nigar Arpadarai COP29 üzrə BMT İqlim Dəyişikliyi Yüksək Səviyyəli Çempionu Azərbaycan Respublikası Milli Məclisinin üzvü “Mənzil sahəsinə qlobal investisiyaların yenidən düşünülməsi: ləyaqət, dayanıqlılıq və inklüziv şəhər gələcəklərinin maliyyələşdirilməsi” panel sessiyasında deyib.
Onun sözlərinə görə, bir çox ölkələrdə mövcud maneələr, bürokratik prosedurlar və inzibati gecikmələr tikinti prosesini ləngidir və nəticədə xərcləri artırır. Artıq bəzi innovativ həllər də mövcuddur , modul tikinti, 3D printerlə evlərin inşası kimi yeni modellər tətbiq olunur. Lakin etiraf etmək lazımdır ki, bu texnologiyalar hələ də kifayət qədər bahalıdır və ənənəvi tikinti üsulları hələlik daha əlçatan olaraq qalır.
Buna görə də bizə düzgün ekosistem lazımdır: dövlət dəstəyi, özəl sektor investisiyası, innovasiyalar üçün stimullar və zamanla istehsal gücünün genişləndirilməsi. Yalnız bu model vəziyyəti müəyyən qədər yaxşılaşdıra bilər.
Eyni zamanda, ədalət prinsipi də çox vacibdir. Biz təmin etməliyik ki, əlçatanlığın faydası həqiqətən insanlara çatsın. Məsələn, COP kimi platformalarda qəbul edilən investisiya öhdəliklərinin real maliyyəyə çevrilərək həssas icmalara, xüsusilə Qlobal Cənub ölkələrində yaşayan insanlara yönəlməsi necə təmin edilə bilər? Bu, əsas suallardan biridir.
Ümumilikdə isə məsələ yalnız iqlim dəyişikliyi və təbii fəlakətlərlə məhdudlaşmır. Dünyada müharibələr və münaqişələr də mövcuddur. Azərbaycanın vəziyyəti isə bu baxımdan xüsusidir ,biz işğal nəticəsində tamamilə dağıdılmış əraziləri gözümüzün qarşısında yenidən qururuq.
Bu gün Qarabağ yenidən bərpa olunur və bizim əsas prioritetimiz təkcə tikinti və infrastruktur deyil. Əsas məqsəd geri qayıdan insanların həyat keyfiyyətinin hətta paytaxtdan da yüksək olmasıdır. Bu yanaşma yalnız binalardan ibarət deyil ,bu, bütöv bir ekosistem, ağıllı və dayanıqlı inkişaf modelidir.
Bu baxımdan Azərbaycanın təcrübəsi olduqca unikaldır və biz bunu beynəlxalq ictimaiyyətlə bölüşmək imkanına malikik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB