"Martın 31-də Belçikanın Baş nazirinin müavini, xarici işlər, Avropa işləri və inkişaf sahəsində əməkdaşlıq naziri Maksim Prevo Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Bu danışıq zamanı bir sıra mühüm məsələlər müzakirə olunub".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Danışıqda həm Azərbaycan-Belçika əlaqələri, həm də Ermənistan-Azərbaycan münasibətləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Naxçıvan istiqamətində baş vermiş insident - yəni dron hücumu məsələsi də müzakirə olunub və bu cür addımların qəbuledilməz olduğu vurğulanıb.
Qeyd olunmalıdır ki, bu hadisə ilə bağlı təkcə Belçika deyil, bir çox Avropa və digər region ölkələri də Azərbaycana qarşı yönəlmiş bu cür təxribatları pisləyib və ölkəmizə dəstək ifadə edib.
Bu isə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, eyni zamanda regional və qlobal təhlükəsizlik sistemində rolunun gücləndiyini bir daha göstərir. Azərbaycanın apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmiz bu gün beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi çıxış edir.
Eyni zamanda, bu dəstək onu göstərir ki, Azərbaycan daim beynəlxalq hüquqa, ədalətə və qarşılıqlı əməkdaşlığa sadiq qalan bir dövlətdir. Məhz bu prinsipial mövqe ölkəmizin digər dövlətlərlə münasibətlərində etimadın formalaşmasına və güclənməsinə səbəb olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB