BQXK-yə məxsus maşınlar Xankəndi yolundan maneəsiz keçib

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 2 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. SİA xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 minik avtomobili Xankəndindən Laçın istiqamətinə keçid ediblər.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən BQXK-ya məxsus avtomobillərin sayı 2-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə