Sülhməramlıların daha 2 avtomobili aksiya ərazisindən maneəsiz keçib - FOTOLAR

Rusiya sülhməramlılarına məxsus iki avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib. SİA xəbər verir ki, aksiya iştirakçıları sülhməramlıların iki minik avtomobilinin Xankəndidən Laçın istiqamətdə hərəkətinə şərait yaradıblar.

Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 69-cu günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.

Qeyd edək ki, bu gün hazırkı vaxtadək 29 avtomobilin aksiya ərazisindən sərbəst hərəkəti təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə