Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobillərinin hərəkəti təmin edilir

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 16 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. SİA xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə, 1 minik və 14 yük avtomobili isə əks istiqamətə maneəsiz hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 47-yə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə