İspaniyada narkotik vasitələrin daşınması üçün sualtı qayıq aşkarlanıb

İspaniyada narkotik vasitələrin daşınması üçün sualtı qayıq aşkarlanıb
İspaniyanın Malaqa şəhərində narkotik vasitələrin daşınması üçün istifadə edilən əldəqayırma sualtı qayığın olduğu anqar aşkarlanıb. SİA-nın xəbərinə görə, bu barədə İspaniya polisinin saytında məlumat yerləşdirilib. Sualtı qayıq eyni vaxtda 5 Avropa ölkəsinin və Evropol-un birgə əməliyyatı nəticəsində aşkarlanıb. Əməliyyat zamanı 52 nəfər saxlanılıb, 22 ton narkotik vasitə götürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, 9 metr uzunluqdakı sualtı qayıq kokain və həşiş daşınması üçün hazırlanıb. Sualtı qayıq nəzərə çarpmadan 2 tona qədər narkotik vasitəni daşımağa imkan verib.

Bütün xəbərlər Facebook səhifəmizdə