Elmi tədqiqatların nəticələrinə görə, alimlər ağ çörək, makaron və düyü istehlakının məhdudlaşdırılmasını məsləhət görürlər. Belə ki, bu məmulatlar nəinki artıq çəkiyə, həm də vaxtından əvvəl ölüm gətirir. Maraqlıdır, niyə hamının sevdiyi çörək bu qədər təhlükəlidir?
SİA xarici mətbuata istinad edir.
Hər şeydən əvvəl bildirək ki, kiçik unlu qənnadı məhsulu, ağ çörək və makaron ürək xəstəlikləri və insult riskini artırır. Araşdırmalar, təmizlənmiş taxıldan hazırlanan ağ çörək, makaron və digər qidaların həddindən artıq yeyilməsinin təhlükəsi və dəhşətli nəticələri barədə xəbərdarlıq edirlər. Qeyd edək ki, bu qidaların müntəzəm qəbulu vaxtından əvvəl ölümə də yol açır.
Bildirilir ki, qənnadı məhsulları, ağ çörək və makaron kimi təmizlənmiş karbohidratlar praktik olaraq lifdən məhrumdur və bəlkə də elə buna görədir ki, daha sürətli mənimsənilir. Belə qidaları yemək qan şəkəri səviyyəsində kəskin bir sıçrayışa səbəb olur.
Bu gün tədqiqatçılar təmizlənmiş taxıl, qəhvəyi düyü və arpa kimi dənli bitkilər də daxil olmaqla bu qidaları digər qidalarla əvəz edilməsini tövsiyə edirlər.
Yeri gəlmişkən qeyd edək ki, taxıl üç orijinal hissəni - kəpək, cücərti və endosperm ehtiva edərsə, bu, bütöv hesab olunur. Bunlardan bir və ya iki komponentini çıxararsanız, məhsul artıq zərif adlanır. Elmi dildə buna lazımsız çirklərdən təmizləmə də demək olar. Budur, un və ağ düyünün işlənmiş taxıl olduğundan onun tərkibində qalan yalnız endospermdir.
Amerikanın qeyri-kommersiya təşkilatlarından biri iddia edir ki, təmizləmə prosesi zülalın təxminən dörddə birini taxılın tərkibindən çıxarır ki, bu da qidadakı maddələrin üçdə ikisinin itirilməsi deməkdir. Nəticə orijinal taxıldan kökündən fərqli olan zərif bir məhsul əmələ gəlir.
Bu arada Kanadadakı Simon Fraser Universiteti zərif karbohidratlarla zəngin bir pəhrizin göstərdiyi təsirləri araşdırıb. Araşdırmalara 21 ölkədən 137,130 nəfər cəlb edilib.
Beləliklə, araşdırmaya zərif un məhsullarından hazırlanmış ağ çörək, makaron, peçenye və bişmiş məhsullar daxil edilib.
Araşdırmanın nəticəsinə görə, gündə yeddi dəfədən çox təmizlənmiş karbohidrat yeyən iştirakçıların, erkən ölüm riski yüzdə 27 olub. Bu qrupda ürək xəstəliklərinin inkişaf riskinin 33, beyinə qan tədarükünün kəskin pozulması hallarının 47 faiz olduğu da aşkar edilib.
Nə etməli? Aç qalmalıyıqmı?
Maraqlıdır ki, elm adamları təmizlənmiş karbohidratları məhdudlaşdırmağı və onları tam taxıllarla əvəz etməyi məsləhət görürlər. Yəni, bizlərdə deyildiyi kimi, ələnməmış un. Tədqiqatçılar karbohidrat miqdarının azaldılmasını sağlamlığın qorunması üçün vacib sayırlar.
...Deməli, mən belə başa düşdüm ki, daha bundan sonra kənddə nənəmin un ələdiyi ələyə ehtiyac qalmayacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB