Göydələndə yaşamaq kimə təhlükədir?

Bir müddət bundan əvvəl ev bölgüsü zamanı gələcək sakinlərdən biri, veriləcək binanın lap üst qatında ev almaq istədiyini bildirmişdi. O, bunun səbəbəni yetkinlik yaşına çatmamış qızının yuxarı qatda yaşamaq istəyi ilə əlaqələndirmişdi. Görən, yuxarı qatda yaşamaq təhlükəlidirmi?

SİA rus mətbuatına istinad edir.

Beləliklə, rusiyalı həkim Aleksey Xuxrev, bəzi xəstəlikləri olan insanların göydələnlərdə yaşamasının təhlükəli olduğunu söyləyir. O, əsas risk kimi, liftin yüksək mərtəbəyə qalxmasını göstərir. Belə ki, nasaz lift insan rifahının pisləşməsinə səbəb ola bilər. Bu, daha çox ürək-damar xəstəlikləri olan insanlar üçün təhlükəlidir. Bundan əlavə, artıq çəki, kas-iskelet sistemi xəstəliklərinə və daha sonra isə astma probleminə çevrilə bilər.

Həkimin sözlərinə görə, bitki və polen allergiyasından əziyyət çəkən insanlar üçün yüksək hündürlükdə yaşamaq faydalıdır. Onun fikrincə, külək bu cür allergenləri yalnız 15-ci mərtəbəyə qədər qaldıra bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə