Amerikanın dost və “düşmən”ləri

Bu günlərdə Amerikanın “The Economist” və “YouGov” sorğu mərkəzlərinin birgə araşdırmalarının nəticələri Rusiyanı ABŞ düşmənləri siyahısında üçüncü yerdə olduğunu göstərib. Belə ki, Rusiya Amerikanın düşmənləri siyahısında üçüncü yeri tutan Şimali Koreya və İrandan sonra ikinci yeri Çin ilə bölüşür. SİA bu barədə xarici mətbuata istina edir.

Beləliklə, sorğu zamanı respondentlərin 58 faizi KXDR-i, 49 faizi İranı, 38 faizi isə Çinilə Rusiyanı Amerikanın düşməni hesab edirlər. Sorğu iştirakçılarının yalnız 3 faizi Rusiyanı ABŞ-ın müttəfiqi, digər 10 faizi isə dost ölkə kimi dəyərləndirib.

Maraqlıdır ki, amerikalılar ən cox Kanada, Böyük Britaniya və Fransanı özlərinə dost ölkə hesab edirlər. Amma buna baxmayaraq rəyi soruşulanların 2 faizi bu ölkələri amerikalılar üçün elə də münasib dost kimi görmürlər. Beləliklə, amerikalıların 58 faizi Böyük Britaniyanı özlərinə müttəfiq hesab edirlər; Kanada üçün bu rəqəm 57, Fransa üçün isə 43 faizidir.

Sorğuda iştirak edən amerikalıların 43 faizi Rusiyanın ABŞ üçün ciddi, 18 faizi isə kiçik bir təhlükə hesab edirlər.

Yeri gəlmışkən bildirək ki, amerikalıların Rusiya prezidenti Vladimir Putinə də münasibətləri birmənalı deyil. Belə ki, sorğu iştirakçılarının 3 faizi Putini ABŞ üşün “çox əlverişli”, 11 faizi “bir qədər əlverişli ”, 25 faizi “bir qədər əlverişsiz”, 46 faizi isə “çox əlverişsiz” kimi dəyərləndirib. Rəyi soruşulanların yalnız 15 faizi cavab verməkdə çətinlik çəkdiklərini bildiriblər.

Qeyd edək ki, sorğu bu ilin 27 fevral - 2 mart tarixlərində 1500 amerikalı arasında aparılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...