Qadının “o biri dünyada” gördükləri

Qadının dediyinə görə, onun rahatlıqdan başqa heç bir hissi yox idi

Keçirdiyi qəzadan sonra klinik ölüm keçirən bir qadın “o biri dünyada” gördüklərini danışıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Qeyd edək ki, Helena adlı qadın ürək xəstəsidir. Keçirdiyi ciddi bir qəza nəticəsində onun ürəyi müvəqqəti olaraq dayanıb. Belə ki, qadın klinik ölüm keçirib. Qadın kliniki ölüm zamanı özünü mütləq boşluqdakı bir atom kimi hiss etdiyini bildirir. Bütün ətrafının qaranlıqlar içində olduğunu bildirən Helena heç bir şey görüb, eşitmədiyini bildirir. Qadının dediyinə görə, o vaxta qədər onun ölüm və mövcudluq barədə heç bir məlumatı olmayıb.

Helenanın sözlərinə görə, sanki yatmışdı, ancaq özündən tam xəbərdar idi. O, bütün bunların atomlarla bir əlaqə kimi hiss etdiyini düşünür. Helena eyni zamanda, ətrafında sakitlikdən başqa heç bir hissin mövcud olmadığını bildirib.

Qeyd edək ki, bu gün bir çox alimlər ölümdən sonrakı həyatın mövcudluğuna inamın insanlar üçün faydalı olduğunu iddia edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə