Konqo Demokratik Respublikasında yaşlı insanların naməlum xəstəlikdən ölümü qeydə alınıb

Konqo Demokratik Respublikasında yaşlı insanların naməlum xəstəlikdən  ölümü qeydə alınıb
Konqo Demokratik Respublikasının qərbindəki həkimlər son həftələrdə yaşlı insanların naməlum xəstəlikdən 15-ə yaxın ölüm halını qeyd ediblər. SİA-nın məlumatına görə, bu barədə "Agence France-Press" agentliyi Kvanqo vilayətinin hakimiyyət orqanlarına istinadən bildirib. Vilayətin qubernatoru Jan-Pari Peti bildirib ki, 60 yaşdan 80 yaşa qədər 15 nəfərin öldüyü xəstəliyin səbəbləri hələ müəyyənləşdirilməyib: "Xəstəlik baş ağrısı ilə başlayır, sonra ağrı bütün bədəndə hiss olunur. Bundan sonra nəfəs alma çətinliyi yaranır və bəzi hallarda ölümlə nəticələnir".

Bütün xəbərlər Facebook səhifəmizdə