Öz sahibini bıçaqla öldürən döyüşkən xoruz həbs edildi – ŞOK HADİSƏ

Dava başlamazdan bir az əvvəl xoruz qaçmağa çalışıb. Azadlığı üçün apardığı çıxılmaz mübarizədə öz sahibini pəncəsinə bağlanan bıçaqla səhvən bıçaqlayıb.

Bıçaq qasıq nahiyəsinə dəyib. Sahibi 45 yaşlı Tanuqul Satiş xəstəxanaya aparılarkən qan itkisindən yolda ölüb və cəsarətli quş polis bölməsində saxlanıb. SİA “Times of İndia”-ya istinadən xəbər verir ki, hadisə Hindistanın Telanqan əyalətinin Jaqital şəhərində baş verib.

Polis adam öldürmə faktı üzrə cinayət işi açıb. İstintaq başa çatana qədər xoruz hüquq-mühafizə orqanları əməkdaşlarının nəzarəti altında olacaqdır. Sonra xoruz öz sahibinin ölüm səbəbi olan pəncələrinə bağlanan bıçaqlarla birlikdə məhkəməyə təqdim ediləcək.

İstintaq çərçivəsində xoruz döyüşünün təşkilatçıları və iştirakçıları ədalət qarşısına çıxarılacaqlar. Hindistanın Telangan əyalətində bu qəddar əyləncə qanunsuzdur.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə