Leninin davamçıları yenidən baş qaldırır…

Hələ o vaxt, 1953-cü ildə Nikita Xruşşov SSRİ-nın birinci katibi kimi hakimiyyətə gələndə, təbii ki, hər şeyi xilas etməyin mümkün olmayacağını yaxşı anlayırdı. Xruşşov bunun üçün qanlı kommunizm tarixinin bir hissəsini qurban verməyin vacibliyini də başa düşürdü. Yəni o, “böyük Lenin”lə “pis Stalin” arasında seçim etməli idi. Belə ki, bunu dövr tələb edirdi. Təbii ki, Nikita Xruşşov “böyük Lenin”i seçdi. Beləliklə, “böyük Lenin” “bərabərlik və ədalət adına dünya inqilabının banisi” kimi “qəbul edildi”.

Beləliklə, Leninin bu günə yox, dünənə qədər gələn müsbət obrazı Stalinin ölümündən sonra həyata keçirilən bu qeyri-mümkün məsafədən qaynaqlanır.

Maraqlıdır, görən Xruşşovun icad etdiyi “böyük Lenin”i dünənə qədər, doğrudanmı, dünya “dahi” kimi qəbul edilirdi? Əslində, yox, olsa da, bir məcrada qəbul edilirdi! Məsələn, “Lenin - totalitarizmin ixtiraçısı” kitbının müəllifi olan fransız tarixçi Stefan Kurmua bu gün Vladimir İliç Lenini təkcə qanlı inqilabın ardından davamlı repressiyanın ideoloqu deyil, həm də hər cür sosialist, faşist və nasist üçün bir nümunə olan terror rejiminin yaradıcısı kimi təqdim edir.

Təbii ki, burada Leninin savadlı bir rus ailəsində anadan olması etiraf olunmalıdır. Onun təhsili də o dövr üçün qənaətbəxş sayılmalıdır. Bununla belə, kitab mədəniyyətinin rus xalqının gerçəkliyindən çox uzaq olduğu da qeyd edilməlidir. Xatırladaq ki, o dövrdə Leninin Rusiya həqiqətinə uyğun gəlməyən marksizm nöqteyi-nəzərindən düşünməsi yanlış idi. Çünki həmin ərəfədə kəndlilər rus əhalisinin 85 faizini təşkil edirdi. Məhz bu, Rusiyanın 1918-1922-ci illərdəki ümumi süqutunu qismən də olsa izah edir.

Bunun da öz səbəbi var. Bir tərəfdən, Lenin yalnız 1917-ci ilin noyabrından 1922-ci ilin noyabrına qədər hakimiyyətdə idi. Amma bu tarixdən sonra o artıq heç nəyi idarə edə bilmədi. Lenin hakimiyyəti dövründə törətdiyi bütün cinayətləri vətəndaş müharibəsi adı altında “qanuniləşdirildi”.

Belə ki, 1991-ci ilə, yəni arxivlər açılana qədər heç kim Leninin bu cinayətlərindən xəbərdar deyildi. Amma fransız tarixçi Nikolas Bert “Kommunizmin Qara Kitabı” adlı əsərində o dövrdəki bütün qətllərin birbaşa məhz Lenindən gəldiyini ortaya qoydu.

…Burada mənim üçün maraqlısı bilirsini nədir? Leninin onunla fikir ayrılığında olanlara qarşı həddən artıq dərəcədə aqressiv olması. Bunu, 1991-ci ildə açılan arxiv sənədləri də deyir. Unutmaq lazım deyil ki, Lenin hakimiyyətə gəldikdən sonra bu təcavüzkarlıqdan hərəkətə, sadə və mürəkkəb olmayan məhv yoluna keçdi. Bununla bağlı çoxsaylı real faktların olduğu bu gün də etiraf edilir.

…Görən, SSRİ-dəki Lenin davamçıları bu gün Rusiyada yenidən baş qaldırmayacaq ki..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə