Hər gün 40 qram badam yeyin... - MƏSLƏHƏT

Araşdırmalar göstərir ki, menopoz dövründə qadınların hər gün badam yemələri onlarda dərinin keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, qırışlara qarşı da mübarizə aparır. Qeyd edim ki, menopoz dövrü qadınlarda adətən orta yaş dövründə, yəni 45-55 yaş arasında baş verir.

Beləliklə, badam haqqında, onun heyrətləndirici həqiqətləri barədə danışacağıq.

Mütəxəssislərin etirafına görə, son araşdırmaların nəticəsi göstərir ki, gündə 40 qram badam istehlak etmək xolesterol səviyyəsini aşağı salmağa kömək etməklə ynaşı, insanda təzyiqi normallaşdırır, damarların rahatlamasına kömək edir.

Təsəvvür edin, sayca 23 badamın tərkibində altı qram bitki mənşəli protein, dörd qram pəhriz, E və B vitaminləri, dəmir, kalium, maqnezium var. Eyni zamanda, E vitamini bu vəziyyətdə antioksidan rolunu oynayır, hüceyrələri zədələnmədən qoruyur (erkən yaşlanma və xəstəliklərin əsas səbəbi), immunitet sistemini dəstəkləyir, iltihabı azaldır və qan axışını yaxşılaşdıran qan damarlarının genişlənməsinə kömək edir. .

Maqneziuma gəldikdə, beyin, sümük sağlamlığı, yaxşı əhval-ruhiyyə və yuxu üçün vacibdir. Üstəlik qan təzyiqi və şəkər səviyyəsini tənzimləyir. Elm adamları bu yaxınlarda badamın bağırsaqdakı faydalı bakteriyalar üçün qida funksiyasını yerinə yetirdiyini də kəşf ediblər.

Badam insan bədəninin kütlə indeksini aşağı salmağa və bel ətrafını azaltmağa kömək edir. Badamın tərkibindəki sağlam yağlar və bitki zülalları insanı uzun müddət açmamasının qarşısını alır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə