ABŞ-da koronavirusa qarşı yeni peyvəndin qeydiyyatı barədə müraciət təsdiqlənib

ABŞ Qida və Dərmanlar keyfiyyəti məsələləri üzrə İdarəsi (FDA) "Janssen" şirkətinin yeni koronavirusa qarşı peyvəndinin qeydiyyatı barədə müraciətini təsdiqləyib.

SİA xəbər verir ki, bu barədə ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin nəzdindən olan həmin qurumun açıqlamasında bildirilib.

Məlumata əsasən, "Janssen" şirkəti "Johnson&Johnson" korporasiyasına məxsusdur.

Bildirilib ki, peyvəndin fövqəladə hallarda istifadəsinin təsdiq edilməsi "Janssen" preparatının ABŞ-da 18 yaş və ya daha yuxarı insanların vaksinasiyası üçün tətbiq edilməsinə imkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...