Prezident yenidən öz peşəsinə qayıdır?

Siyasi karyerasına nəqliyyat işçilərinin həmkarlar ittifaqında başlayan Venesuela prezidenti Nicolas Maduro bir gün avtobus sürücüsü kimi yenidə geriyə qayıda biləcəyini söyləyib. SİA xəbər verir ki, Maduro bu sözləri VTV kanalında ölkənin nəqliyyat işçiləri ilə keçirilən görüş zamanı bildirib.

Maduro respublika prezidenti kimi nə vaxtsa vəzifəsini tərk etdikdən sonra yenidən avtobusa minib Venesuela xalqına xidmət etmək üçün küçələrə çıxa biləcəyini istisna etməyib.

Xatırladaq ki, Nicolas Maduro hələ yeniyetməliyindən solçu təşkilatların fəallarından biri olub. Məktəbdə dərslərə ara verdiyi üçün məktəbdən qovulub. Daha sonralar avtobus sürücüsü işləmiş, Karakas metrosu işçilərinin həmkarlar ittifaqının üzvü olmuşdur. Bunula yanaşı o, Kubada solçu siyasətçilər hazırlayan məktəbdə də oxuyub.

1990-cı ildə ölkədəki uğursuz çevriliş cəhdindən sonra Uqo Çavezlə yaxınlaşan Maduro MVR partiyasına qatıldı və 1998-ci ildə partiya tərəfindən qurultaya nümayəndə seçildi. 2005-ci ildə ölkə parlamentinin sədri, 2006-cı ildə Uqo Çavez hökumətində Xarici İşlər Naziri oldu.

Xərçəngdən əziyyət çəkən Çavez 2012-ci ilin dekabrında xalqı gələcək seçkilərdə Nikolas Maduroya dəstək verməyə çağırdı. Beləliklə, Maduro, 2013-cü ilin aprelindən Venesuelanın prezindentidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə