Kişilər üçün ən zərərli məhsul

Bu gün qidalanma üzrə mütəxəssislər kişilər üçün ən zərərli məhsulun mayonez olduğunu bildirirlər. Onlar orta yaşlı kişiləri mayonez salatından imtina etməyə çağırırlar. SİA bu barədə rus mətbuatına istinadən bildirir.

Süfrədəki ən zərərli məhsulun mayonez salatları olduğunu deyən diyetoloqlar kişilər üçün hazırlanan salatlara mayonez əvəzinə, xama əlavə edilməsini daha münasib bilirlər. Onlar mayonez salatlarının kişilərdə kökəlməyə yol açıb stres yaşatdığını iddia edirlər.

Diyetoloqlar kişiləri şirə və sodalı içkilərdən də uzaq durmağa çağırırlar. Çünki şirə tərkibindəki şəkər miqdarı fermentasiyanı stimullaşdıraraq mədədə həzm pozğunluğuna səbəb ola bilər.

Alkoqollu içkilərin zərəri barədə deyilənləri xatırlamağa ehtiyac olmasa da, diyetoloqlar masada lif baxımından zəngin tərəvəz bolluğunun olmasını məsləhət görürlər.

Yeri gəlmişkən, bu gün qidalanma mütəxəssisləri təkcə kişiləri deyil, həm qadınları da yarımfabrikat mallardan uzaq olmağa çağırırlar. Belə ki, tərkibi və keyfiyyətinə əminlik olmayan bu məhsullar ürək üçün ən zərərli məhsullardır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə