İnsanlar Marsa nə vaxt köçəcək?

Amerikalı mühəndis və publisist, “Mars Cəmiyyəti”nin qurucusu və prezidenti Robert Zubrin insanların Qırmızı Planetə nə vaxt köçürüləcəyinin mümkünlüyü barədə danışıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Zubrinin fikrincə, bu, 2030-cu ilə qədər mümkün olacaq. Cəmiyyət prezidenti 2100-cü ilə qədər Qırmızı Planetdə ilk milyon plus şəhərinin meydana çıxacağını da istisna etmir. Onun ehtimalına görə, 2070-ci ilə qədər salınacaq şəhərin əhalisi bir milyona çatmasa da, 2100-cü ilə qədər bu şəhər artıq bir milyondan çox əhalisi olan bir şəhərə çevriləcək.

Alimin fikrincə, insanlarınmi ilk tədqiqatçı kimi Marsda görünməsinin əsas missiyalarından biri, planetdə milyonlarla il əvvəl mövcud olan həyat əlamətlərini tapmaqdır. Bundan əlavə, onların digər missiyası Mars atmosferini yoxlamaq, Mars geologiyasına dair yeni məlumatları öyrənmək və lazımi torpaq nümunələrini toplayaraq Yerə göndərmək olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə