“Şuluq” salanlanlar ayıltma məntəqəsinə...

Rusiya Daxili İşlər Nazirliyinin əmrinə əsasən, polis ictimai yerlərdə “şuluq” salan və ya müstəqil hərəkət etmək qabiliyyətini itirmiş şəxsləri ölkədə yenidən fəaliyyətə başlanmasına start verilmiş ayıltma məntəqələrinə aparacaq. Əmrə əsasən, bunu ən azı iki nəfərdən az olmayan və xidməti avtomobillə təchiz edilmiş polislər həyata keçirəcəklər. SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.

Maraqlıdır ki, yeni əmrin ən fərqli özəlliyi ondan ibarətdir ki, artıq özünü idarə edə bilməyən sərxoşları, hətta öz şəxsi evlərindən də ayıltma məntəqələrinə aparılacaqlar. Amma bu, evlərində onlarla birlikdə olan vətəndaşların yazılı tələbindən sonra baş tutacaq.

Lazım gələrsə, polis təcili olaraq hadisə yerinə təcili yardım da çağıra biləcək. Lakin o da maraqlıdır ki, Rusiya Səhiyyə Nazirliyi, yalnız çarəsiz vəziyyətdə olanların ayıltma məntəqələrinə yerləşdiriləcəyini bildirir. Əslində, burada söhbət, vətəndaşın sərxoşluqdan köməksiz vəziyyətdə olmasından, həyatı üçün təhlükə yarandığı məqamdan gedir.

Haşiyə çixaraq bildirmək istəyirəm ki, 1990-cı illərin ortalarından başlayaraq Rusiyada ayıltma məntəqələrinin sayını azaltmağa başlamışdılar. Maraqlıdır ki, artıq 2011-ci ilin oktyabr ayına qədər Rusiyadakı bütün ayıltma məntəqələri bağlanıldı. Bu gün belə görünür ki, bu addımın atılması Rusiya kimi bir ölkə üçün səhv addımmış. O da maraqlıdır ki, postsovet məkanında ayıltma məntəqələri Belarusiyada, Qazaxıstanda və Dnestryanıda hələ də qalmaqdadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə