ABŞ-da məhkəmə surroqat ananın xidmətindən yararlanan üç atanın doğum şəhadətnaməsinə daxil edib. Beləliklə, qız üç atanın qızı kimi tanınıb. SİA xəbər verir ki, hadisə Amerikanın Kaliforniya ştatında yaşanıb.

Qeyd edək ki, bu Amerikada ilk baş verən hadisədir. Belə ki, hər üç atanı ayrı-ayrılıqda qəbul etməyə razılıq verən məhkəmə, onların adlarını qızın doğum şəhadətnaməsinə yazılmasına icazə verib.

Maraqlıdır ki, “məhkəmənin qərarından həvəslənən atalar” ənənəni davam etdirmək, ikinci bir övlada da sahibi olmağa qərar veriblər. Lakin qonşular “atalar”ın bu addımını elə də təqdir etməyiblər.

Qeyd edilməlidir ki, Rusiyanın televiziya aparıcısı Kseniya Sobçak “Teleqram” kanalında hadisənin Kaliforniyanın San Diego şəhərində baş verdiyini qeyd edərək bu xəbərə xüsusi diqqət çəkib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə